AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Magistrlik dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış şuranın iclası keçirilib. İclasda 2020-2021-ci tədris ilində təhsilini başa vurmuş 3 magistr 3 ixtisas üzrə dissertasiya işini müdafiə edib. Hər 3 magistrə müvafiq ixtisaslar üzrə magistr dərəcəsi verilməsi barədə qərar qəbul edilib.