AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun elmi redaktorluğu ilə “Mastering Spatial Data Analysis Inside the GIS Setting" (CİS parametrlərində məkan məlumatları təhlilinin mənimsənilməsi) adlı dərs vəsaiti çap edilib.
Avstraliyalı professor Əliəkbər Rəsuli, akademik Qərib Məmmədov və dosent Mətanət Əsgərovanın həmmüəllif olduqları “Məkan məlumatlarının təhlili” fənninin tədrisi üçün tövsiyə olunan kitab bu fənn üzrə Azərbaycanda ilk dərs vəsaitidir.