AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda dissertantura və doktoranturaya qəbul uğurla başa çatıb.
İnstitutun doktoranturasına tarixi coğrafiya, siyasi və rekreasiya coğrafiyası, insan coğrafiyası və okeanologiya ixtisasları üzrə 3 nəfər fəlsəfə doktoru hazırlığına qəbul olunmuşdur.
Dissertanturaya fəlsəfə doktoru hazırlığı üzrə Tarixi coğrafiya, siyasi və rekreasiya coğrafiyası, regional coğrafiya, insan coğrafiyası və fiziki coğrafiya ixtisasları olmaqla 4 nəfər qəbul edilmiş, 2 iddiaçı isə elmlər doktoru hazırlığı üzrə uğur qazanmışdır.