AMEA prezidentinin sərəncamına uyğun olaraq, akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda onlayn yolu ilə 2020/2021-ci tədris ili üzrə magistrantların qış imtahan sessiyası başlayıb.
Təhsil şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Müseyib Yunusovun sədrliyi ilə İnstitutun 2-ci kurs magistrantları Relyefin morfogenetik təhlili, Landşaftların tədqiqat metodları və xəritələşdirilməsi və Xəzərin su mübadiləsi və axınları fənlərindən imtahan verərək əla qiymətə layiq görülüblər.
İmtahanları İnstitutun coğrafia üzrə fəlsəfə doktorları Zərnurə Həmidova, Elxan Məmmədbəyov və Elnur Səfərov qəbul ediblər.
AMEA Magistratura şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə imtahanların gedişində iştirak edib.