AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Xəzər dənizinin monitorinqi şöbəsinin aparıcı elmi işçisi, texnika elmləri üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun təşkilatçılığı ilə Moskva şəhərində keçirilən “Məsafədən aerokosmik tədqiqatların müasir problemləri” adlı beynəlxalq konfransda iştirak edib.
Sayca on səkkizinci Ümumrusiya beynəlxalq açıq konfransını keçirməkdə əsas məqsəd potensial təhlükəli hadisələrin, obyektlərin, ətraf mühit monitorinqinin fiziki əsasları, metod və texnologiyaları sahəsində əldə edilmiş təcrübi və nəzəri biliklərin müzakirəsi, mövzu ətrafında fikir mübadiləsi aparmaq olub.
Alim konfransda “Atmosfer proseslərini modelləşdirərək radioaktiv yağıtıların qiymətləndirilməsi imkanı” mövzusunda məruzə edib.