Azərbaycan Respublikası Prezidentinin Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün təsdiq etdiyiTədbirlər Planında "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” layihəsinin hazırlanması nəzərdə tutulur.
Bu işdə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya institutu ilə birgə Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Maliyyə nazirlikləri, “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC, “Azərenerji” ASC iştirak edəcək.
Tədbirlər Planına əsasən, layihə 2020-2021-ci illərdə hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.