AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı və Azad Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə akademiyada çalışan elm adamlarının şeirlərindən ibarət ədəbi almanax çap ediləcək.
Bədii yaradıcılığa həvəsi olan AMEA əməkdaşları bu sahədə özünü sınamağa dəvət olunur. Kitaba hər bir müəllif tərəfindən 3 şeir ilə yanaşı, 2 hekayə də təqdim oluna bilər.
Müəlliflərdən tərcümeyi hal, 3 şeir (2 hekayə), 1 ədəd 3x4 ölçüdə şəklin elektron formada göndərilməsi tələb olunur.
Şeir, hekayə və tərcümeyi hallar iyun ayının 30-na qədər AMEA-nın Azad Həmkarlar İttifaqının e-poçt ünvanına ([email protected]) göndərilməlidir.