AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Trend.az saytına Azərbaycanda gözlənilən isti iqlim şəraiti haqqında müsahibə verib.
Akademik biıdirib ki, son 40 il Azərbaycanda ən isti dövr hesab olunur. Azərbaycanın dağlıq ölkə olması, iqlim zonasının müxtəlifliyinə görə ölkədə temperatur artmaları ərazi boyunca bərabər (0,2 -dən 1,50 С) paylanmayıb. Azərbaycanda maksimal temperatur Culfada (+46 C), minimal temperatur dağlıq ərazilərdədir (-40 С). Bununla yanaşı, temperaturu 0 dərəcədən aşağı olan ərazilərin sahəsi azalıb. Biz buzlaqlar arası dövrdə yaşayırıq. Əldə olunan məlumatlara görə, son 450 min ildə istiləşmə və soyuqlaşma epoxaları qanunauyğun şəkildə bir-birini əvəz edib. Bizim yaşadığımız dövrdə təzəcə başlamış sikl də (holosen) daxil olmaqla, indiyədək 6 iqlim sikli baş verib.