Akademik İsa Həbibbəyli: "AMEA işçiləri üçün növbəli iş rejiminin tətbiqinə başlanılıb" 2020-06-02 17:06:00 / MÜHÜM HADİSƏLƏR

Pandemiya ilə əlaqədar AMEA işçiləri üçün növbəli iş rejimi tətbiq olunmağa başlayıb.

Bu barədə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli məlumat verib. Onun sözlərinə görə, akademiyada əməkdaşların hamısının eyni gündə işə gəlməsi sosial məsafənin gözlənilməsi tələbini qorumağı çətinləşdirir. Bu səbəbdən yaşı 60-dan çox olan akademiya işçilərinin həftənin cüt günlərində – çərşənbə axşamı və cümə axşamları, qalan heyətin isə həftənin tək günlərində işə gəlməsi qərara alınıb: "Bu halda iş yerində sosial məsafəni qorumaq mümkün olacaq. Müdiriyyət zəruri hallarda tək günlərdə işə çıxan əməkdaşları həftənin cüt günlərində də işə dəvət edə bilər”.

İsa Həbibbəyli işçilərin xüsusi karantin rejimi dövründə, yəni iyunun 15-dək növbəli iş sistemində çalışacaqlarını söyləyib.

science.az

    Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2020