Viki-təlim başa çatıb 2016-09-22 16:00:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutun bir qrup əməkdaşı – Namazova Aysel, Süleymanov Məhəmməd, Hacıyeva Gülnar, Nəzərova Dilbər, Mütəllimova Nigar və Aslanova Aidə AMEA Mərkəzi Elmi Kitabxanasının  “Vikipediyada məqalələrin yerləşdirilməsi” mövzusunda  təşkil etdiyi viki-təlimlərdə iştirak etmişlər.

Təlimlərin əsas  məqsədi elektron ensiklopediyada məlumatların və məqalələrin yaradılması prinsiplərini, qaydalarını və üsullarını öyrətmək, eləcə də Vikipediyada etibarlılıq səviyyəsi yüksək olan məqalə və məlumatların sayını artırmaqdır.