GAMŞ-ın növbəti iclası 2016-09-27 14:00:00 / ELMİ İCLASLAR

AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutu  Gənc Alim və Mütəxəssislər Şurasının sentyabrın 27-də keçirilən növbəti  iclasında  k.e.i. Hüseynova Xədcəxanımın gənc tədqiqatçılarla birlikdə Gürcüstanda təşkil olunmuş yay məktəbindəki  iştirakı haqqında məruzəsi dinlənilib.  

O, qeyd edib ki, tədbir İsveçrə Qafqaz Şəbəkəsi Akademiyasının "Qafqaz regionunda dağlıq ərazilərin dayanıqlı inkişafına dəstək" layihəsi çərçivəsində İsveçrə Milli Elm Fondunun maliyyə dəstəyilə və Rusiya Elmlər Akademiyası Coğrafiya İnstitutunun təşkilatçılığı ilə baş tutub.  “Yeni dağ üfüqləri: Dəyişən dünyada Qafqaz regionu”  adlı yay məktəbinin keçirilməsində əsas məqsəd Qafqaz ölkələrinin dünya sivilizasiyası çərçivəsində dayanıqlı inkişafını təmin etmək üçün yetişməkdə olan gənc alimlər arasında qarşılıqlı əməkdaşlığın təmin edilməsidir.

X.Hüseynova  görülən işlər, əldə edilən nəticələr, verilən təkliflər, gedilən yol marşrutu haqqında iclas iştirakçılarına geniş məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

    Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2021