Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, c.ü.f.d., dosent Məhərrəm Həsənov ITV kanalının "Sabaha saxlamayaq" verilişinə Skayp vasitəsilə müsahibə verib.
O, istifadə olunmuş maska və əlcəklərin utilizasiyası məsələsindən danışıb, onların küçəyə atılmasının yolverilməz olduğunu və bunun gələcəkdə daha kəskin infeksiyaların yaılması ilə nəticələnə biləcəyini diqqətə çatdırıb. M.Həsənov belə halın qarşısını almaq üçün ərazi mənzil istismar idarələrinin bu məqsədlə xüsusi zibil qutularının ayrılmasını və insanların yararsız maska və əlcəkləri salafan paketə qoyaraq həmin qutulara atmasını təklif edib.
Verilişin video yazısına buradan baxmaq olar.