AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant tədrisin təşkil edilməsi haqqında” sərəncamına uyğun olaraq, təsdiqlənmiş dərs cədvəlinə əsasən I və II kurs magistrantları üçün təşkil olunmuş distant dərslər uğurla davam edir.
İnstitutda 3 ixtisas üzrə 5 magistr təhsil alır: onlardan üçü 1- ci kursda, ikisi 2-ci kursdadır. Mühazirələrin elektron mətnləri e-mail və ya vatsap vasitəsilə təhsil alanlara çatdırılır.
Distant dərslər İnstitit rəhbərliyi və Təhsil şöbəsinin nəzarəti altında həyata keçirilir və dərslərin gedişatı haqqında AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil idarəsinə mütəmadi olaraq məlumat verilir.