Rusiya Elmlər Akademiyası (REA) sosial izolyasiya rejiminə riayət etmə şəraitində elmi cəmiyyətin yaradıcı fəaliyyətinin davamlı olması üçün imkanların yaradılması məqsədi ilə Rusiyada qeyri-iş günlərində 138 jurnal və digər nəşrlərə azad giriş elan edib. Bu barədə REA-nın vitse-prezidenti, akademik Aleksey Xoxlov məlumat verib.
poisknews.ru saytının məlumatına görə, mayın 1-nə qədər davam edəcək izolyasiya dövründə elibrary.ru platformasında REA-nın jurnallarındakı (cari buraxılışlar da daxildir) məqalələrin PDF-fayllarının yüklənməsi imkanı da daxil olmaqla məhdudiyyətsiz azad giriş təqdim olunur.
Vitse-prezidentin sözlərinə görə, bundan öncə dərc edilmiş məqalələrə azad giriş (PDF-faylların yüklənməsinin imkanı ilə) yalnız jurnalın dərc olunmasından 1 il sonra verilirdi.