Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya komissiyası aşağıdakı tərkibdə təşkil edilsin:
Cəfərov Nizami Qulu oğlu | Milli Məclisin deputatı, akademik; |
Həbibbəyli İsa Əkbər oğlu | Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, akademik; |
Rüstəmxanlı Sabir Xudu oğlu | Milli Məclisin deputatı, filologiya üzrə elmlər namizədi; |
Fətəliyeva Sevinc Həbib qızı | Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru; |
Quliyev Musa İsa oğlu | Milli Məclisin deputatı, tibb üzrə fəlsəfə doktoru; |
Məmmədov Hikmət Baba oğlu | Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor; |
Ələkbərov Əziz Yusif oğlu | Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru; |
Nağısoylu Möhsün Zellabdin oğlu | AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik; |
Məmmədov Ramiz Mahmud oğlu | AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik; |
Məşədiyev Qara İbrahim oğlu
| AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor; |
Abbasova Mahirə Həsrət qızı
| AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru; |
İmanov Emin Dürhəsən oğlu | Milli Məclis Aparatı rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri. |
2. Komissiyanın işinin təşkili Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinə tapşırılsın.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri S.Qafarova
Bakı şəhəri, 30 mart 2020-ci il.