AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycanda kənd əhalisinin demoqrafik inkişafı və kənd məskunlaşmasının inkişafının tənzimlənməsinin iqtisadi-coğrafi və sosial problemləri araşdırılıb.
İlkin olaraq Azərbaycanda kənd məskunlaşmasının sosial və iqtisadi-coğrafi tənzimlənməsi istiqaməti müəyyənləşdirilib. Əhalinin siyahıyaalınma və cari statistik mənbələrdən materialların toplanması, sistemləşdirilməsi, müvafiq cədvəllərin tərtib olunması işləri həyata keçirilib, qrafik, diaqramlar və xəritələr hazırlanıb.