AMEA akademik H..Əliyev adına Coğrafiya İnstitutunda 2019-2030-ci tədris ili üçün fiziki, iqtisadi və insan coğrafiyası ixtisasları üzrə doktoranturaya qəbul imtahanları keçirilib.
İmtahanların keçirilməsi üçün yaradılan komissiyanın sədri İnstitutun direktoru, akademik Ramiz Məmmədov, üzvləri elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov, istiqamət rəhbəri, coğrafiya üzrə elmlər doktoru Zakir Eminov, Təhsil şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Müseyib Yunusov və elmi katib, coğrafiya üzrə fəlsəfə doktoru Zərnurə Həmidovadır.
Mövcud olan 3 yerə 8 iddiaçının hər biri imtahanı müvəffəqiyyətlə verib. Nəticələr müsabiqə yolu ilə məlum olacaq.