AMEA adademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları fevralın 10-da AR Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin dəstəyi ilə “Excelsior” otelində keçirilən “Zəlzələyə davamlılıq və fəlakətin qarşısının alınması” mövzusunda tədbirdə iştirak ediblər.
Coğrafiyaçılar “Tikinti tənzimlənməsinin konturları və zəlzələ əleyhinə tədbirlər”, “Seysmik izolyasiya, yamacın qeyri sabitliyi və erkən xəbərdarlıq”, “Zəlzələnin azaldılması üçün təcrübə və tətbiqlər” və s. mövzularda məruzələr dinləmiş, onları maraqlandıran suallara cavablar almışlar.