20 yanvar faciəsinin 30-cu ildönümü münasibəti ilə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda tədbir keçirilib.
İnstitutun direktoru, akademik Ramiz Məmmədov milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsinin xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixi olduğunu qeyd edib. O bildirib ki, 20 Yanvar hadisələrindən 30 il ötsə də yaddaşlardan heç vaxt silinmir, milyonlarla insanşəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad etmək üçün Bakının ən uca zirvəsində yerləşən Şəhidlər xiyabanına axışır. Çünki onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları var.
İnstitut əməkdaşları, c.e.d. Rənabəyim Qaşqay, elmi işçi LuizaSalayeva, kiçik elmi işçi Bibixanım İbrahimova və başqaları çıxış edərək Azərbaycan xalqına qarşı törədilən bu cinayətin heç zaman unudulmayacağını və xalqımızın yaddaşında daim milli azadlıq uğrunda qəhrəmanlıq salnaməsi kimi yaşayacağını vurğulayıblar.
Sonra 20 Yanvar hadisələrindən bəhs edən video-çarx nümayiş olunub.