29 Yanvar 2020, Çərşənbə axşamı
İqtisadi rayonda imkanlardan zəif istifadə edilir 2019-12-26 15:39:00 / ELMİ İCLASLAR

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası  şöbəsinin dissertantı Ağabalayev Qafqaz  İnsan coğrafiyası istiqamətinin elmi iclasında   “Aqrar islahatlar dövründə Şəki-Zaqatala iqtisadi rayonunda kənd təsərrüfatının ərazi təşkili və optimallaşdırılması yolları” mövzusunda məruzə etmişdir.

Şəki-Zaqatala iqtisadi rayonunda aqrar islahatlardan sonra kənd təsərrüfatının sahə və ərazi strukturunda baş verən dəyişiklikləri tədqiq edən məruzəçi, kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə təbii-coğrafi şəraiti və iqtisadi səmərəliliyi əsaslandırılmış, kənd təsərrüfatında məhsul istehsalının artırılmasında məhsuldar bitki növlərindən istifadə edilməsinin əhəmiyyətini və onların yerli şəraitə uyğun növlərdən alınmasının vacibliyini qeyd edib.

Tədqiqatın nəticələrinə görə müəyyən edilib  ki,müstəqillik illərində kənd təsərrüfatının sahə strukturunda ciddi dəyişikliklər olmuş, strateji əhəmiyyət kəsb edən, ixrac potensialına malik emal müəssisələrinin yaradılmasına kömək edən sahələrin rolu azalmışdır. Tədqiqatçı iqtisadi rayonda sənayenin zəif inkişaf etdiyini, ipəkçilik, toxuculuq, gön-dəri məhsulları istehsalı üçün zəngin xammal bazasının olmasına baxmayaraq mövcud imkanlardan zəif istifadə edildiyini diqqətə çatdırıb.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2020