Akademik tehranda məruzə edib 2016-11-04 16:00:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun  direktoru, akademik Ramiz Məmmədov oktyabrın 31-dən  noyabrın 3-dək Tehran şəhərində ezamiyyətdə olub.

Azərbaycanlı alim artıq on il – hər 2 ildən bir, İran Islam Respublikasının  paytaxtında keçirilən Beynəlxalq  konfransda iştirak edir. 

“Sahillər,  limanlar və dəniz təsərrüfatı” mövzusu ilə  keçirilən növbəti konfransda da alim elm komitəsinin üzvü kimi  əsas məruzəçilərdən biri tək plenar iclasda çıxış edib.  Akademikin “Xəzər dənizində mümkün neft dağılmaları modelləşdirilməsinin  trayektoriyası "  mövzusundakı  məruzəsi  böyük maraqla dinlənilib.

    Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2019