Coğrafiya İnstitutu İqlim və aqroiqlim şöbəsinin kiçik elmi işçisi Fəridə Talıbova dekabrın 3-də AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Avropa İttifaqı ETSN-in Ətraf Mühit üzrə Milli Monitorinq Departamerıtinin yenidən qurulmuş Laboratoriya Mərkəzinin açılış mərasimində iştirak edib.
Bu Laboratoriya suda kimyəvi maddələrin və pestisidlərin aşkar edilməsi üçün yaradıılıb və Avropa İttifaqı onu cihaz və avadanlıqlarla təmin edir.
Laboratoriya potensialının genişləndirilməsi sayəsində çirkləndirici maddələrin monitorinqi daha çox aparıla və nəticədə daha dəqiqliklə idarə oluna biləcəkdir. Bu, son nəticədə insanların və ekosistemlərin belə çirkləndiricilərin zəhərli effektlərindən əziyyət çəkmə riskini azaldacaqdır.