AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Xəzər dənizinin monitorinqi şöbəsinin böyük elmi işçisi, texniki elmlər üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov 12-14 noyabr tarixlərində Rusiyanın paytaxtında ezamiyyətdə olub.
Tədqiqatçı Lomonosov adına Moskva Dövlət Universitetinin keçirdiyi “Ali təhsil müəssisələrinin muzeylərində elm” mövzusundakı konfransda çıxış edib. “Azərbaycan iqliminin öyrənilməsində adiabatik proseslərin radiasiya balansının tərkib hissələrinin rolu” adlı məruzəsində İ.Zeynalov iqlim proseslərinin analizi nəticəsində fiziki-kimyəvi proseslərin öyrənilməsini və tədqiqi məsələlərindən danışıb.