Azərbaycan Milli Elmlər Akademiyası akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu ilə Almaniyanın Justus Libix adına Gisen Universitetinin Coğrafiya Departamenti arasında anlaşma memorandumu imzalanıb.
Memoranduma əsasən hər iki qurum aşağıda birgə tədqiqat fəaliyyəti, tədris və tədqiqatla bağlı doktorant və tələbələrin mübadiləsi, elmi nəşrlər və məlumatların, eləcə də tədqiqat, mühazirə və müzakirələr üzrə heyət üzvlərinin mübadiləsi nəzərdə tutulur.
Sənədi Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və Justus Libix adına Gisen Universitetinin Coğrafiya Departamentinin rəhbəri Prof. Dr. Andreas Dittmann imzalayıblar.