AMEA akad.H.Əliyev adına Coğrafiya İnstitutunun bir qrup əməkdaşı Rusiya Coğrafiya Cəmiyyətinin təşkil etdiyi “Coğrafi imla-2019”-da iştirak edib.
Bu tədbir ilk dəfə 2015-ci ildə Rusiya Coğrafiya Cəmiyyətinin Qəyyumlar Şurasının sədri, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilib. 2017-ci ildən isə coğrafi imla dünyanın 100-ə yaxın ölkəsində, o cümlədən Bakıda keçirilməyə başlayıb. Coğrafiya İnstitutu əməkdaşlarının artıq 3-cü dəfə iştirak etdiyi İmlada yaşından, sosial mənsubiyyətindən, dinindən asılı olmayaraq hər kəs iştirak edib. İştirakçılar ayrılan 45 dəqiqə ərzində 40 sualı cavablandırmağa cəhd ediblər.
İmlanın nəticələri noyabrın 29-da http://dictant.rgo.ru saytında yerləşdiriləcək.