CİS üzrə təlimlərə start verilir. 2019-10-04 16:35:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə coğrafi informasiya sistemləri (CİS) üzrə təlimlərə start verilir.

2 həftə davam edəcək təlimləri Avstraliyanın Sidney şəhəri, Macquarie Universitetinin müəllimi professor Əli Əkbər Rəsuli keçəcək.

Təlimlərə AMEA-nın Coğrafiya, Neft və Qaz, Zoologiya, Geofizika və Geologiya İnstitutları, Respublika Seysmoloji Xidməti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti və Milli Aviasiya Akademiyasının elmi işçi və müəllim heyəti cəlb olunub.