AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin moritorinqi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Rauf Qardaşov noyabrın 23-dən 26-dək Türkiyə Respublikasına ezam edilmişdir. O, Halıç Konqres Mərkəzində keçiriləcək Beynəlxalq Dünya Coğrafi İnformasiya Sistemləri sərgisinin “Bu günü anlamaq, gələcəyi bölüşmək" adı altında keçiriləcək tədbirdə iştirak etmək üçün İstanbula gedəcək.
Tədbirdə müxtəlif ölkələrin idarə rəhbərləri, təşkilat, universitet, şirkət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edəcəklər.