Aprelin 26-da AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - İnsan coğrafiyası istiqamətinin rəhbəri, coğrafiya elmləri doktoru Zakir Eminov, Demoqrafiya və əhali şöbəsinin böyük elmi işçiləri, coğrafiya üzrə fəlsəfə doktorları Etibar Bədəlov və Hicran Tahirova, Tibbi coğrafiya şöbəsinin kiçik elmi işçisi Turanə Hüseynova və İnstitutun doktorantı Bəyimxanım Hüseynova Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Dayanıqlı inkişaf məqsədləri: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən Beynəlxalq elmi-praktik konfransda iştirak etmişlər.
Z.Eminov, B.Hüseynova “Ölkənin davamlı inkişafının regional-coğrafi problemləri”, H.Tahirova “Azərbaycanda kənd əhalisinin yaş strukturunu formalaşdıran demoqrafik amillər”, E. Bədəlov “Azərbaycanın şəhər yerlərində davamlı insan inkişafının demoqrafik aspektləri”, T.Huseynova “Dağlıq-Şirvan iqtisadi rayonunda sosial xidmət sahələrinin ərazi təşkili və inkişafı” adlı məruzələrlə çıxış etmişlər.