AME akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, c.ü.f.d. Samirə Ələkbərova Azərbaycan Milli Elmlər Akademiyasının gənc qadın alimləri üçün elan olunmuş “Gənc qadınlar elmdə" müsabiqəsinin qalibi olub.
Qeyd edək ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 5 fevral 2019-cu il tarixli Sərəncamına əsasən təşkil edilən müsabiqənin məqsədi akademiyada çalışan gənc qadınların elmin müxtəlif sahələrində apardıqları tədqiqatlarını, əldə etdikləri nailiyyətlərini, aktual və müasir elmi problemlərin Azərbaycan üçün prioritet olan istiqamətlərində elmi fəaliyyətini stimullaşdırmaq və onların elmin inkişafında rolunu daha da artırmaqdır.
Üçüncü yerə layiq görülən S.Ələkbərovaya diplom təqdim edilib.