AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda 2019-cu il üçün hazırlıq planına müvafiq olaraq “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülkü müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin məşqi keçirilib.
Məşq Mülki müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu, AR Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli, 193 saylı qərarı və uyğun olaraq, Coğrafiya İnstitutunun mülki müdafiə planlarına əsasən təşkil edilib. Mülki Müdafiə Qərargahının rəisi Namazəli Mustafayevin rəhbərliyi ilə keçən məşqə İnstitutun Fövqəladə Hallar Komissiyasının sədri, MM rəhbər heyəti və hərbiləşdirilməmiş dəstələrin komandir-rəis heyəti cəlb olunub.
Məşqin əsas məqsədi fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsinə hazırlığının yoxlanılmasından, fövqəladə hallar zamanı İnstitut əməkdaşlarının mühafizəsinin təşkili ilə bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsindən, MM qüvvələrinin idarə olunması üzrə MM idarəetmə orqanlarının və rəhbər heyətin əməli vərdişlərinin və hazırlığının təkmilləşdirilməsindən, MM idarəetmə orqanlarına, qüvvələrinə, rəhbər heyətə və işçilərə fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə praktiki vərdişlərin aşılanmasından ibarət olmuşdur.