“Qafqaz dağları forumu 2016” 2016-12-02 14:23:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun bir qrup əməkdaşı –AMEA-nın müxbir üzvü Rauf Qardaşov, c.e.d. Zakir Eminov, c.ü.f. doktorları Rövşən Kərimov, Etibar Bədəlov, Natəvan Cəfərova, k. e. işçilər Xədcəxanım Hüseynova, Emil Cəbrayılov, Nicat İmamverdiyev  və mühəndis Elvin Əmrahov noyabrın 27-dən dekabrın 1-dək

Gürcüstanın Tiflis şəhərində keçirilən “Qafqaz Dağları Beynəlxalq Forumunda iştirak etmişlər.

Tədbirin təşkilatçıları  İsveçrə Qafqaz Şəbəkəsi Akademiyası, İsveçrə Milli Elm Fondu, İsveçrə İnkişaf və Korporasiya Agentliyi və Cenevrə universiteti, Ətraf Mühit üzrə BMT-nin Proqramları və Dağlıq ərazilərin Davamlı İnkişafının Qafqaz Şəbəkəsidir. Forumu keçirməkdə əsas məqsəd regional əməkdaşlığa və Qafqaz alimlərinin birgə tədqiqatlarına dəstək olmaq, nəticədə isə gələcəkdə regionda dayanaqlı inkişafa nail olmaqdır.

Coğrafiya İnstitutunun  alimləri və gənc tədqiqatçıları forumda Qafqaz dağlıq regionunun davamlı inkişafı istiqamətində  fikir mübadiləsi aparmış, təklif və təcrübələri ilə bölüşmüşlər.  Alim və mütəxəssislər tərəfindən müxtəlif seksiyalarda uyğun bölümlər üzrə məruzələr dinlənilmişdir.

R.Məmmədov (və N.Cəfərova) “Azərbaycan Respublikasının şərq hissəsində səhralaşma proseslərinin dinamikası”, R. Qardaşov (və T.Qardaşova, T.Məmmədov, X.Hüseynova, G.Məmmədova) “Dağlıq regionlar üçün  şüalanmanın günəş modeli”,  R.Məmmədov (və R.Kərimov) “”Azərbaycanın dağlıq rayonlarında sosial-iqtisadi tədqiqatın perspektivləri və problemləri”, E.Əmrahov “Azərbaycanda məkan məlumatları infrastrukturunun mövcud vəziyyəti”, R.Kərimov (və Z.Eminov, E.Bədəlov) “Azərbaycanın hündürlük qurşaqlarındakı əhalinin məskunlaşmasında  və yaşayış məntəqələrində  dəyişikliklər” mövzularında məruzələrlə çıxış etmişlər. Məruzələr maraqla dinlənilmiş, iştirakçıların sualları cavablandırılmışdır.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2019