Solmaz Qurbanovanın 80 illik yubileyi qeyd edilib 2019-04-09 17:46:00 / YUBİLEYLƏR

AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun  Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin texniki işçisi Solmaz Vəli qızı Qurbanovanın  80 illik yubileyi qeyd edilib.

İnstitut kollektivi adından yubilyarı təbrik edən İnstitutun kadrlar şöbəsinin rəhbəri Rəsul İsmayılov  ona can sağlığı, uzun ömür arzulayıb, gül dəstəsi təqdim edib. İnstitut Həmkarlar Təşkilatı adından büro üzvü, c.ü.f.d. Etibar Bədəlov,  eləcə də şöbə rəhbəri,  c.ü.f.d. İsmayıl Quliyev, əməkdaşlar, c.ü.f.d. Qəşəm Yaqubov, c.ü.f.d. Tahirə Salmanova və digərləri çıxış edərək səbəbkara xoş arzularını bildiriblər.

S.Qurbanova ona göstərilən diqqət və qayğıya görə rəhbərliyə və İnstitut kollektivinə öz minnətdarlığını bildirib.