Əməkdaşımıza sertifikat təqdim edilib 2019-04-10 15:25:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı -  Ekocoğrafiya şöbəsinin kiçik elmi işçisi Gülnar Hacıyeva Elm günü münasibəti ilə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının “Biologiya və aqrar sahədə səmərəli tətbiqi iş” mövzusunda təşkil etdiyi müsabiqənin iştirakçısı olub. AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri  F.Salmanov  G.Hacıyevaya müvafiq sertifikat təqdim edib.