Beynəlxalq Qadınlar Günü münasibəti ilə yığıncaq keçirilib 2019-03-07 16:25:00 / TƏDBİRLƏR

AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunda 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş yığıncaq keçirilib.

İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov İnstitutun bütün qadın kollektivini təbrik edərək onlara can sağlığı, işlərində uğurlar, ailə səadəti arzulayıb. İnstitutun fəaliyyətində qadın əməkdaşların böyük rola malik olduğunu vurğulayıb, bütün sahələrdə olduğu kimi, coğrafiya elmində də xanımların qazandıqları uğurları xüsusi qeyd edib. 

Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev Azərbaycan qadınının cəmiyyətdəki rolundan, mövqeyindən söz açaraq, onların mərd və cəsarətli olmaqla həm də qayğıkeş ana kimi öz ailəsi üçün hər zaman dayaq və dəstək olduqlarını bildirib, qadınların ictimai-siyasi həyatdakı fəallığının  ilbəil gücləndiyini, cəmiyyətdə rolunun artdığını  diqqətə çatdırıb.

Qadınlar şurasının sədri Luiza  Salayeva,  C.ü.e.d. Rənabəyim Qaşqay, a.ü.f.d.  Tahirə  Salmanova və İnstitutun Gənc Alimlər Şurasının sədri Samirə Ələkbərova çıxış edərək qadınlara göstərdikləri xüsusi qayğı və diqqətə görə qadın kollektivi və GAMŞ adından İnstitut rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Sonra xanım əməkdaşlara bayram hədiyyələri təqdim olunub.