AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Qadınlar Şurasının təşkilatçılığı, ilə “Azərbaycanda coğrafiya elminin inkişafında qadın coğrafiyaçi alimlərin rolu” mövzusunda seminar keçirilib. Seminarda həmçinin AMEA-nın Qadınlar şuralarından nümayəndələr də iştirak ediblər.
Cİ Qadınlar Şurasının sədri Luiza Salayeva tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində bir sıra dövlət əhəmiyyətli tədbirlər həyata keçirilir. Dövlət başçısının hər il martın 27-sinin Azərbaycanda Elm günü kimi qeyd edilməsi haqqındakı Sərəncamı bu sahədə qəbul edilmiş mühüm qərarlardan biridir.
Cİ Qadınlar Şurasının büro üzvü, c.ü.f.d. Stara Tarixazər məruzə ilə çıxış edib. Tədqiqatçı qadın alimlərin adlarını sadalayaraq onların coğrafiya elminin inkişafındakı rolundan, elmə verdikləri töhfələrdən, qazandıqları nailiyyətlərdən, böyük zəhmət hesabına ərsəyə gətirərək nəşr etdirdikləri əsərlərdən, kitablardan bəhs edib, coğrafiyaçı qadın alimlərin fəaliyyətini yüksək dəyərləndirib.
C.ü.e.d. Hüseyn Xəlilov mövzunun kitabça halında işlənərək nəşr olunması təklifini irəli sürüb.
Tədbir qadın coğrafiyaçı alimlərin fəaliyyətini əks etdirən video çarxın nümayişi ilə başa çatıb.