Cİ “MapInfo Pro” proqram vasitələri ilə təmin edilib 2019-03-18 16:03:00 / MÜHÜM HADİSƏLƏR

Azərbaycan Milli Emlər Akademiyasının Akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Türkiyə Respublikasının “Başarsoft Bilgi Teknolojileri” şirkəti tərəfindən elmi-tədqiqat işləri üçün ödənişsiz olaraq Amerikanın “Pitney Bowes” korporasiyasına məxsus 10 ədəd lisenziyalı “MapInfo Pro” proqram vasitələri ilə  təmin edilmişdir.

 “MapInfo Pro”proqram təminatından istifadə etməklə raster və vektor əsaslı Coğrafi İnformasiya Sistemlərini yaradılması, coğrafi məlumatların təhlil edilməsi, 3 ölçülü modellərin qurulması, rəqəmsal xəritələrin hazırlanması və əldə edilən nəticələrə əsasən qrafiki məlumatların hazırlanması həyata keçirilir.