AMEA akad. H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, Geomorfologoya və təbii risklər şöbəsinin elmi işçisi Gülsarə İmanovanın Yasamal rayonu 173 saylı orta məktəbində coğrafiya fənnindən dərs dediyi və rəhbərlik etdiyi “Kiçik akademiya”nın şagirdi Babayeva Məryəm "Sabahın alimləri" VIII Respublika müsabiqəsinin laureatı adını qazanıb. G.İmanova və Coğrafiya İnstitutunun CİS üzrə mütəxəssisi Yaşar Nəsiblinin müsabiqəyə hazırladıqları 11-ci sinif şagirdi müsabiqədə “CİS əsasında çay daşqınlarının ətraf mühitə təsirinin qiymətləndirilməsi“ mövzusunda layihə ilə iştirak etmişdir.
Müəllim və şagird "Sabahın alimləri" VIII Respublika müsabiqəsinin sertifikatını almışdır.
Qeyd edək ki, M.Babayeva Gülsarə İmanovanın müsabiqəyə hazırladığı “Kiçik akademiya”nın ikinci iştirakçısıdır.