Əməkdaşımız su ilə bağlı məsləhətləşmə forumunda iştirak edib 2019-02-04 15:31:00 / MÜHÜM HADİSƏLƏR

 Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Nəriman Paşayev  yanvarın 31-də keçirilən "Şərq Tərəfdaşlığı üçün Avropa Ittifaqının Su Təşəbbüsü Plyus" (AİST +) layihəsi mütəxəssislərinin toplantısında iştirak edib.

40 nəfərdən ibarət layihə  mütəxəssisi və su sahəsi ilə bağlı olan fəalın cəmləşdiyi bu  məsləhətləşmə forumunda suyun keyfiyyətinin təminatı sahəsində olan əsas problemlər, su resurslarının bölüşdürülməsi, içməli suyun təhlükəsizliyi, çirklənmənin azalması və insanların sağlamlığının təmin edilməsi kimi məsələlər  müzakirə olunub. Görüşün nəticələri  çay hövzəsi planı hazırlanmasının növbəti mərhələsində, hədəflərin dəqiqləşdirilməsində və onlara nail olmaq üçün lazım olan tədbir və fəaliyyətlərin müəyyənləşdirilməsində nəzərə alınacaqdır.