AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun əməkdaşları – elmi işçilər Zöhrə Məmmədova, Nicat İmamverdiyev, Nəlimə Əhmədzadə və kiçik elmi işçi Dilbər Məmmədova Kənd Təsərrüfatı və Energetika Nazirlikləri, eləcə də ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “AgTech and Green Energy” (Yaşıl gələcək üçün innovasiyalar) forumunda iştirak etmişlər.
Forumun əsas məqsədi Azərbaycanda kənd təsərrüfatı və enerji sahələrinin innovativ inkişafı, müxtəlif maraqlı tərəflər arasında əlaqələrin gücləndirilməsi və dayanıqlı biznes modellərin qurulmasıdır.
İnstitut əməkdaşları Rusiya, Türkiyə, Ukrayna, Rumıniya, ABŞ, Niderland və s. xarici ölkələrdən gəlmiş qonaqlarla birlikdə “Aqrar və enerji texnologiyaları üzrə akademik baxış”, “Energetika və aqrar texnologiyaların gələcəyi”, “Aqrar və yaşıl enerji üçün texnologiyalar” və s. panellərdə iştirak etmişlər.