Coğrafiya İnstitutunda Erdas İmagine proqram təminatı üzrə ödənişsiz təlimlər davam edir 2018-12-12 18:23:00 / MÜHÜM HADİSƏLƏR

AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə “Erdas Imagine proqram təminatı - təməl və irəli səviyyə” praktiki təlim keçirilir.

Praktik məşğələlər  Avstraliyanın Macquarie Universitetinin müəllimi, doktor  Əliəkbər Rəsuli Pirouzian və Cİ “Geoinformatika və Kartoqrafiya” şöbəsinin əməkdaşı Yaşar Nəsibovun rəhbərliyi ilə Coğrafiya İnstitutunda keçirilir.

2 həftə davam edəcək təlimlərdə Coğrafiya İnstitutunun və BDU Coğrafiya fakültəsinin magistrləri, AMEA Neft və Qaz, Geologiya və Geofizika İnstitutu, Fövqəladə Hallar Nazirliyi, Milli Aviasiya Akademiyası, AMEA Mərkəzi Nəbatat Bağı, Əmlak Məsələləri Dövlət Komitəsi, Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu və AZERSU" ASC-nin əməkdaşları iştirak edirlər.

Təlimlər ödənişsiz keçirilir. Təlimin keçirilməsində məqsəd peyk müşahidəsi vasitəsilə əldə olunan təsvirlərin emalının öyrənilməsi, gələcəkdə yüksək ayırdetməli Yerin optik müşahidə peyki "Azersky”ın resurslarından istifadənin elmi işçilər tərəfindən genişləndirilməsidir.