AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları – c.ü.f.d. Həsən Nəbiyev, elmi işçilər - Cəmilə Əhmədova və Samir Atakişiyev noyabrın 6 və 7-sində Bakıda keçirilən “Yaşıl iqlim Fondu ilə əməkdaşlığa hazırlıq” proqramına dair konfrans və təlimlərdə iştirak ediblər.
Azərbaycan Respublikasının Yaşıl İqlim Fondu (YİF), Ekologiya və təbii sərvətlər Nazirliyi, və BMT-nin İnkişaf Proqramının (UNDP) təşkilatçılığı ilə baş tutan konfransı keçirməkdə məqsəd Yaşıl İqlim Fondu ilə əməkdaşlıq məsələlərinin müzakirəsidir. Fonda layihələr təqdim etmək üçün hazırlıq mexanizmi, layihə dövriyyəsi haqqında, layihənin həyata keçirilməsi və monitorinqi, YİF-in maliyyələşmə prosesinin əsas xüsusiyyətləri, idarəetmə mexanizmi və s. məsələlər üzrə təlimlərin iştirakçılarına sonda sertifikatlar təqdim olunub.