AMEA Azad Həmkarlar İttifaqının təşkil etdiyi II Spartakiadada AMEA ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunu şahmat, dama və stolüstü tennis üzrə təmsil edəcək 11 əməkdaşı və digər nümayəndələr, Cİ-nin HT sədri, c.ü.f.d. Habil Haqverdiyev başda olmaqla, tədbirin açılışında iştirak ediblər.
AMEA-nın 20 elmi müəssisə və təşkilatının təmsil olunduğu spartakiadada idmanın 4 növü – futbol, şahmat, dama və stolüstü tennis üzrə yarışlar keçiriləcək. Respublika və beynəlxalq dərəcəli hakimlər tərəfindən idarə olunacaq yarışlar oktyabrın 25-dək davam edəcək.