Cİ vikiqrupun rəhbəri 2018-ci ilin Bahar Vikidüşərgəsində iştirak edib 2018-06-05 15:43:00 / MÜHÜM HADİSƏLƏR

AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu Vikiqrupunun rəhbəri  Aida Aslanova "Azərbaycan Vikimedia Könüllüləri" İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrant layihəsi əsasında 2-3 iyun tarixlərində Azərbaycan dilli Vikipediya könüllüləri üçün təşkil etdiyi  Bahar Vikidüşərgəsində iştirak etmişdir.

Tədbirin təşkilində əsas məqsəd Vikimedia hərəkatının gücləndirilməsi, hərəkata yeni könüllülərin cəlb edilməsi, fəal istifadəçilər arasında sıx əlaqələrin və əməkdaşlığın qurulması,  qədim tarixə malik Quba rayonu haqqında Vikipediyada məqalələrin yaradılması, Vikipediyadan istifadənin kütləviləşdirilməsi, müasir texnoloji vasitələrdən istifadə etmək bacarığına malik gənc könüllülərin Vikipediyaya cəlb edilməsi və s. olmuşdur.

İştirakçılar onlar üçün təşkil olunan təlimlərdə iştirak etmiş, Vikipediyada məqalələr yaradaraq redaktələr etmiş, Vikianbara yükləmək məqsədilə Quba rayonunun tarixi-mədəniyyət abidələrinə, eləcə də Quba Heydər Əliyev Mərkəzinə, Quba Soyqırımı Memorial Kompleksinə və Quba Tarix-Diyarşünaslıq Muzeyinə getmiş, fotoşəkillər çəkmişlər.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024