Şair-publisist, yazıçı-araşdırmaçı Elbəyi Cəlaloğlunun "Xəzərin xanı, yaxud akademik ömrünün spektrləri" adlı bu kitabında Azərbaycanın dəyərli ziyalısı, okeanologiya üzrə görkəmli mütəxəssis, AMEA Coğrafiya İnstitutunun direktoru, Dövlət Mükafatı laureatı, akademik, texnika elmləri doktoru, professor Ramiz Mahmud oğlu Məmmədovun həyat və yaradıcılığından, elmi fəaliyyətindən geniş bəhs olunur. Əsərdə Xəzər dənizi ilə bağlı bir çox maraqlı məqamlar yer alıb.