AMEA akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutu ilə Montana Universitetinin Geologiya bölməsi arasında yaranmış əməkdaşlıq çərçivəsində ölkəmizdə səfərdə olan Avstriyanin Montan Universitetinin professor və tələbə heyətindən ibarət bir qrup mütəxəssis aprelin 7-də tədqiqat aparılacaq ərazi ilə tanışlıq məqsədi ilə çöl ekspedisiyasında iştirak etmişlər.
Qonaqlarla birgə Cİ Paleocoğrafiya şöbəsinin elmi işçiləri Abdullayev Elşən və Ağayeva Vüsalə, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri Ələsgərov Ələsgər, Bayramov Zaur Şamaxı-Qobustan, İslamdağ ərazisində yer səthinə çıxmış alt və orta Miosen yaşlı çöküntülərin olduqları sahələrə baxış keçirmiş, kəsilişlərlə yaxından taniş olmuş, gələcəkdə birgə əməkdaşlıq üçün doğru kəsilişlər seçmişlər.