AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu Elmi şurasının qərarı ilə coğrafiya elmləri doktoru Hüseyn Xəlilovun rus dilində “Geomorfoloji oçerklər” kitabı çapdan çıxıb.
Kitabda müəllifin 46 il ərzində (1970-cu ildən 2017-ci ilə) müxtəlif elmi jurnal və tematik məcmuələrdə rus dilində nəşr olunmuş məqalələri xronoloji qaydada öz əksini tapıb. Geomorfologiyanın nəzəri və tətbiqi aspektlərinin müxtəlif məsələləri nəzərdən keçirilib. Kitab Azərbaycanda geomorfologiya elminin inkişaf meylləri və müəllifin özünün tədqiqatçı kimi təşəkkülü barədə ümumi təsəvvür yaradır.
Kitab Yer Elmləri sahəsində çalışan mütəxəssislər, eləcə də müvafiq profilli tələbə və müəllimlər üçün maraq kəsb edir.