Bilik və bacarıqlarına görə seçildiyinə görə ekocoğrafiya şöbəsinin kiçik elmi işçisi Züleyxa İftixar qızı Eyyubovanın namizədliyi AMEA tərəfindən “Gənclər üçün Prezident Mükafatı”na irəli sürülmüşdür. Fevralın 14-də AMEA prezidenti Akif Əlizadə seçim mərhələsində xüsusi fərqlənən gənclər arasında Züleyxa Eyyubovaya da AMEA-nın Fəxri Fərmanını təqdim etmişdir.
Z.Eyyubovanı ürəkdən təbrik edir, ona yaradıcılıq uğurları, bilik və bacarığı ilə həmişə fərqlənməyi arzu edirik!