Azərbaycan Coğrafiya Cəmiyyəti və AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun Elmi əsərlərinin növbəti – XX cildi çapdan çıxıb.
“İnsan və Ətraf mühit münasibətləri” başlığı və akademik Ramiz Məmmədovun baş redaktorluğu ilə nəşr olunan kitab görkəmli coğrafiyaşünas alim, akademik H.Ə.Əliyevin anadan olmasının 110 illiyinə həsr olunmuş konfransın materillarından ibarətdir. Konfransda Lənkəran-Astara iqtisadi rayonunun ekoloji vəziyyəti, torpaqlardan daha səmərəli istifadə edilməsi, təsərrüfatın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin elmi əsaslarının təhlili aparılmış, iqtisadi rayonun davamlı inkişafının perspektiv yolları müzakirə edilmişdir.