Azərbaycan landşaftşünaslıq elminin inkişafında öz şözünü demiş coğrafiyaşünas alim, AMEA H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun elmi işlər üzrə keçmiş direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadənin ölümündən bir il keçir.
Bu münasibətlə, başda akademik Ramiz Məmmədov olmaqla, Coğrafiya İnstitutunun kollektivi alimin qəbri ətrafında toplaşmış, mərhumun abidəsi önünə İnstitut adından əklil və tər çiçəklər qoyulmuş, əziz xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuşdur.
Allah rəhmət eləsin, ruhu şad olsun!