Dissertasiya şurasının iyunun 28-də keçirilən iclasında Natəvan Ramiz qızı Cəfərova 5401.01 – “İqtisadi coğrafiya” ixtisasında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün ”Azərbaycanın Xəzər dənizi zonasının sosial-iqtisadi vəziyyətinin GİS texnologiyaları vasitəsilə informasiya bazasının yaradılması və işlənməsi” mövzusunda dissertasiya işi müdafiə etmişdir.
Gizli səsvermə yolu ilə N.Cəfərovaya coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi haqqında AR Prezidenti yanında AAK qarşısında vəsatət qaldırılması barədə yekdilliklə qərar qəbul edilmişdir.